Zibillikdən turizm mərkəzinə çevrilən qəsəbə - VİDEO

29 Avqust 2020 22:13 (UTC+04:00)

Balaxanı Bakının ən qədim tarixi olan kəndlərindən biridir. Vaxtilə əkinçilik, bağçılıq, bostan bitkiləri əkini və maldarlıqla məşğul olan kənd əhalisinin həyatını ötən əsrin əvvəlində neft bumu dəyişir.

Publika.az xəbər verir ki, neft quyularından yaranan gölməçələr, daha sonra isə burada əmələ gələn zibil poliqonu kəndi ən təhlükəli əraziyə çevirir.

Dövlətin yeni layihəsi əsasında Balaxanının siması tam dəyişib, qəsəbə tam təmizlənib, qırmızı suvaqlı evlər yenidən bərpa edilib. Bir vaxtlar yerli camaatın “mastavoy” adlandırdığı qənbər döşəməli yollar da yenidən qurulur.

Ətraflı "Report"un reportajında: