Jurnalistin canlı yayımda ürəyi getdi - VİDEO

30 Avqust 2020 18:56 (UTC+04:00)

TRT kanalının jurnalistinin proqram zamanı qəfil halı pisləşib.

Publika.az “Milliyet” qəzetinə istinadla xəbər verir ki, 30 avqust Türkiyənin zəfər bayramı münasibətilə hazırlanan canlı yayımda havanın isti olması səbəbi ilə Nilgün Balkaçın ürəyi gedib.

Dörd saat fasiləsiz proqram aparan xanımın vəziyyətinin yaxşı olduğu bildirilib.