TƏBİB daha bir məlumat yaydı

31 Avqust 2020 20:00 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 31-nə olan statistik göstəriciləri açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 5 042 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 922 069 test aparılıb. Onlardan 36 435-nin cavabı pozitiv çıxıb. İndiyədək 534 nəfər COVID-19-dan dünyasını dəyişib, 33 847 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 054 nəfərdir. 141 nəfər reanimasiyada, 13 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 126 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 144 pasiyent sağalıb.