Bakıda taksidə uşaq DOĞULDU

3 Sentyabr 2020 21:13 (UTC+04:00)

Bakıda fəaliyyət göstərən taksi şirkətlərindən birinə məxsus avtomobildə uşaq dünyaya gəlib.

Publika.az xəbər verir ki, 9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbilə yolda olarkən təbii doğuş baş tutub və qadın övladını avtomobildə dünyaya gətirib.

Dərhal reaksiya verən sürücü Mehman Rzayev yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırıb.

Hazırda körpənin və ananın vəziyyəti yaxşıdır.