Sumqayıtda bu dəfə "VAZ 2107” AŞDI - FOTO

7 Sentyabr 2020 01:51 (UTC+04:00)

Sumqayıt şəhərinin Səməd Vurğun küçəsində 4 nömrəli şəhər xəstəxanasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Sumqayıt şəhər sakini Amil Almuradov idarə etdiyi "10 0B 677” dövlət nömrə nişanlı "VAZ 2107” markalı avtomobili yol ayrıcındakı işıq dirəyinə çırpıb.

Zərbənin gücündən işıq dirəyi yerindən qopub, idarəetmədən çıxan avtomobil isə aşıb. Yaxınlıqdakı şəxslərin köməyi ilə avtomobildən çıxarılan sürücü xəsarət almayıb.

Qəza səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Əraziyə DYP əməkdaşları cəlb olunub və hərəkət bərpa olunub.

Faktla bağlı araşdırma aparılır. / "Xeberle"