Müxalifətin Koordinasiya Şurasının üzvünü qaçırdılar

7 Sentyabr 2020 14:54 (UTC+04:00)

Belarus müxalifətinin Koordinasiya Şurasının üzvü Mariya Kolesnikova itkin düşüb.

Publika.az xəbər verir ki, bu barədə onun həmkarı Maksim Znak məlumat yayıb.

O, Kolesnikova ilə bir neçə gündür ki, əlaqə qura bilmədiyini bildirib.

Qeyd edək ki, daha əvvəl Belarus mətbuatı 7 sentyabr səhəri naməlum şəxslərin Kolesnikovanı Minskdəki Milli İncəsənət Muzeyinin yaxınlığında mikroavtobusa qoyaraq qaçırdıqlarını yazmışdı.

Zümrüd