Çin daha bir peykini kosmosa göndərdi: bu sahələrdə istifadə olunacaq

7 Sentyabr 2020 17:45 (UTC+04:00)

Çin yüksək görüntü imkanı təmin edən ikinci “Gaofın-11” kəşfiyyat peykini kosmosa göndərib.

Publika.az xəbər verir ki, “Global Times” qəzeti bu barədə məlumat yayıb.

Bildirilib ki, peyk Şanşi əyalətindəki Tayyuen Peyk Mərkəzindən “Long March-4B” raketi ilə göndərilib.

1 metrdən az dəqiq görüntü ilə foto çəkərək dünyaya yollayacaq peyk Yer kürəsini müşahidə, şəhərsalma, yol şəbəkəsi dizaynı və təbii fəlakətlərlə mübarizə sahələrində istifadə ediləcək.

Bundan başqa, Çin Kosmik-Aviasiya Elm və Sənaye Şirkəti gələn il kosmosa nəsnələrin internet şəbəkəsini qurmaq üçün 12 peyk yollayacaq.

Zümrüd