Rus ordusu 9 ölkə ilə birgə hərəkətə keçir: Xəzər dənizi və cənubda...

8 Sentyabr 2020 18:04 (UTC+04:00)

“Qafqaz-2020” təlimlərinə 9 ölkənin ordusu qatılacaq.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu açıqlayıb.

Nazirlikdə keçirilən toplantıda çıxış edən Şoyqu təlimlərin 21-26 sentyabr tarixində “Kapustin Yar” və “Aşuluq” poliqonları ilə Qara dəniz və Xəzər dənizi sularında gerçəkləşdiriləcəyini söyləyib.

“Təlimlər Rusiyanın Cənub Hərbi Bölgəsi qoşunlarının ölkənin cənub-qərb bölgəsində hərbi təhlükəsizliyi təmin etmə qabiliyyətinin ölçülməsi məqsədi daşıyır”, - müdafiə naziri bildirib.

Qeyd edək ki, təlimlərdə Rusiyanın Cənub Hərbi Bölgəsindən 8 mindən çox əsgər və 3 min hərbi sursat iştirak edəcək.

Zümrüd