Əlcəzairin səfiri Ələt Azad İqtisadi Zonasının sədri ilə görüşdü - FOTO

10 Sentyabr 2020 18:38 (UTC+04:00)

Sentyabrın 9-da Əlcəzair Xalq Demoktatik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovla virtual görüş keçirib.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, görüş zamanı səfir xanım Səlimə Abdelhaq azad ticarət zonası ilə ətraflı tanış olmaq istəyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə müzakirələr aparılıb.Sonra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.