Astarada gəlin qayınatasını BIÇAQLADI

14 Sentyabr 2020 00:41 (UTC+04:00)

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov əslən Şahağaçı kəndindən olan gəlini 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan N.Axundov əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır. (Report)