Salyanda ikimərtəbəli evdə YANĞIN

14 Sentyabr 2020 20:12 (UTC+04:00)

Salyan rayonunun Arbatan kəndində yanğın olub.

Publika.az FHN-ə istinadla xəbər verir ki, ümumi sahəsi 170 m2 olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 65 m2 sahədə və 1-ci mərtəbəsinin qarajında “Муравей” markalı motosikletin yanar hissələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.