Türkiyə yeni "Navtex" elan etdi

16 Sentyabr 2020 20:12 (UTC+04:00)

Türkiyə Şərqi Aralıq dənizində fəaliyyətlərini davam etdirən "Yavuz" kəşfiyyat-axtarış gəmisi üçün yeni "Navtex" elan edib.

Publika.az xəbər verir ki, elanda "Yavuz" gəmisinin bölgədəki fəaliyyətlərinin müddətinin 12 oktyabr tarixinə qədər uzadıldığı bildirilib.

Axtarış fəaliyyətlərini "Ertuğrul Bey", "Osman Bey" və "Orhan Bey" gəmiləri də müşayiət edir.