Millimizin hücumçusu əməliyyat olundu - FOTO

17 Sentyabr 2020 04:44 (UTC+04:00)

Azərbaycan millisinin və İsveçrənin "Qrasshopper" klubunun futbolçusu Renat Dadaşov Avstriyada əməliyyat olunub.

Publika.az xəbər verir ki, bu barədə 21 yaşlı hücumçu özünün rəsmi "Instagram" səhifəsində məlumat verib.

Əməliyyatın yaxşı keçdiyini vrğulayan gənc forvard bundan sonra daha səylə çalışmalı olduğunu bildirib: "Həyatda eniş-yoxuşlar olur. Bunlar onun bir parçasıdır. İlk mərhələ geridə qaldı. Əvvəlkindən daha çox çalışmalı olduğum vaxt gəlib çatdı. Asan heç nə yoxdur, amma bunlar məni öldürmür, əksinə, daha da güclü edir".