Mahir Emreli tənqidlərə belə cavab verdi - FOTO

19 Sentyabr 2020 06:16 (UTC+04:00)

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli şəxsi İnstaqram hesabının "story" bölməsində etdiyi paylaşımla diqqət çəkib.

Publika.az xəbər verir ki, o, paylaşımında türkiyəli mərhum atlet Naim Süleymanoğlunun həyatından bəhs edən "Naim" filmindən sitat gətirib:

"Kölgədə duranın kölgəsi olmaz. Günəşə çıx ki, sənin də kölgən olsun. İnsanlar sənin kölgəndə toplansın".