Aİ-dən ABŞ-a SƏRT CAVAB - İrana sanksiya tətbiq edə bilməzsiniz

20 Sentyabr 2020 15:55 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) ABŞ-ın 2015-ci il nüvə anlaşmasından çıxdığı üçün İrana qarşı BMT-nin sanksiyalarını yenidən tətbiq edə bilməyəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi, Qərb ölkələri ilə Birgə Hərtərəfli Fəaliyyət Planının koordinatoru Cozef Borrell açıqlama verib.

ABŞ administrasiyasının BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə qaldırılan sanksiyaları geri gətirən mexanizmi işə saldığını qeyd etdiklərini söyləyən Borrell ABŞ-ın Barak Obama dövründə İranla əldə etdiyi razılaşmadan Donald Tramp hakimiyyəti illərində birtərəfli şəkildə geri çəkildiyini xatırladıb.

C.Borrell ABŞ rəhbərliyinin razılaşmadan çıxdıqdan sonra Fəaliyyət Planının işinin heç birində iştirak etmədiyini və bu səbəblə sanksiya tətbiq edə bilməyəcyini deyib.

O, müqavilənin qorunması və tam şəkildə həyata keçirilməsi üçün çalışacaqlarını və hər kəsin buna uyğun davranmasının lazım olduğunu vurğulayıb.

Akqabay