Bakıda yol qəzası olub, xəsarət alanlar var

21 Sentyabr 2020 05:45 (UTC+04:00)

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Müşfiqabad qəsəbəsində "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində sərnişinlər - 2006-cı il təvəllüdlü Məmmədli Rəsul Mahmud oğlu və 1991-ci il təvəllüdlü Həsənli Şəbnəm Əhməd qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.