Ceyhun Bayramov Gürcüstana gedir

21 Sentyabr 2020 19:48 (UTC+04:00)

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana səfər edəcək.

Publika.az xəbər verir ki, səfər sentyabrın 24-də baş tutacaq.

Səfər çərçivəsində C. Bayramov Gürcüstanın dövlət və hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.