AMEA-da yeni təyinat – FOTO

23 Sentyabr 2020 12:13 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasında yeni təyinat olub.

Publika.az xəbər verir ki, AMEA-nın Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova yeni vəzifəyə təyin edilib. Bu barədə yazan N.Qəhrəmanova qeyd edib:

“Azərbaycanın ilk veb-portalı olan science.az-dakı 11 illik fəaliyyətimə öz istəyimlə son qoydum. Bu illər ərzində Azərbaycanın ən böyük elm saytının yazarı oldum, sadə jurnalist vəzifəsindən sektor müdiri vəzifəsinə kimi yüksəldim. AMEA-dan, mətbuatdan söz açılanda "Mən" yada düşdüm, science.az-ın simasına çevrildim. Çünki mən science.az-da sadəcə jurnalist kimi çalışmadım, bu sayta, az qala bütün həyatımı sərf etdim. Saytın hər səhifəsində illərimin zəhməti, əziyyəti dayanır. Bəlkə də ona görə science.az-ın bundan sonrakı taleyinin necə olmasından asılı olmayaraq, bu sayt da, kollektiv də mənə hər zaman doğma olaraq qalacaq. “Facebook” səhifəmdə AMEA-da tanış olduğum, sonra isə səmimi dostuma çevrilən hər bir kəsə bildirmək istəyirəm ki, mən heç yerə getmirəm, yenə də Akademiyada, sizinlə birgə olacağam.

Artıq fəaliyyətimi AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi kimi davam etdirəcəm. Hər zaman yeniliyə, dəyişikliklərə can atan biri kimi, bu işimdə də uğur qazanacağıma, mənə olan etimadı doğruldacağıma inanıram”.

Muxtar