Məşhur aktyor dostu tərəfindən GÜLLƏLƏNDİ - VİDEO

23 Sentyabr 2020 21:09 (UTC+04:00)

"Kalk gidelim" serialı ilə məşhurlaşan türkiyəli aktyor Onur Seyit Yaran dostu tərəfindən silahla vurulub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Şişlidə baş verib və anbaan təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.

Məlumata görə, aktyor və dostu arasında yaranan mübahisə dava ilə nəticələnib və sonuncu silah çıxararaq Onuru çiynindən yaralayıb.

Xəstəxanaya çatdırılan aktyorun həyatı üçün təhlükə olmadığı bildirilib.