Anar Bülent Ersoyu tanınmaz hala saldı - FOTO

24 Sentyabr 2020 10:10 (UTC+04:00)

Silist Anar bu dəfə Bülent Ersoyu makiyajla dəyişdirib.

Publika.az xəbər verir ki, öz adını dünyada tanıtdırmağı bacaran həmyerlimiz Bülent Ersoyla işləməyə başlayıb. Bir müddətlik Türkiyəyə köçməyə qərar verən make up artisti Bülent Ersoya etdiyi makiyajı instaqramda paylaşıb. O, adətən qəribə obrazlarda görməyə alışdığımız Bülent Ersoyu tamamilə başqa birinə çevirə bilib.

Anar Ağakişiyevin əl işi sosial şəbəkələrdə böyük diqqət çəkib. Xatırladaq ki, stilist həm də Demet Akalinlə yaxın dostdur.