Mahir Emrelinin cəzası açıqlandı

24 Sentyabr 2020 14:43 (UTC+04:00)

UEFA Millətlər Liqasında I turun Lüksemburqla ev matçında birbaşa qırmızı vərəqə ilə cəzalandırılmış Azərbaycan yığmasının futbolçusu Mahir Emreli ilə bağlı qərar qəbul edib.

UEFA-nın Media və İctimaiyyətlər Əlaqələr Departamentindən verilən eksklüziv məlumata görə, 23 yaşlı hücumçu kobud oyunu ilə əlaqədar 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən, Kiprlə səfər matçını buraxmış "Qarabağ"ın forvardı Monteneqroya qarşı oktyabrın 10-da səfərdə baş tutacaq növbəti görüşdə də meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Mahir Emreli Lüksemburqla görüşün 26-cı dəqiqəsində rəqibi vurduğu üçün meydandan qovulub. Azərbaycan yığması Lüksemburqa 1:2 hesabı ilə uduzsa da, Kipri yenməyi bacarıb - 1:0.(Report)