Qolunu pəncərədən çıxaran sürücünün BİLƏYİ QOPDU

25 Sentyabr 2020 08:24 (UTC+04:00)

Qolunu pəncərədən çıxaran sürücünün biləyi qopub.

Publika.az xəbər verir ki, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində yaşanıb.

Məlumata görə, kişi sürdüyü maşının pəncərəsindən qolunu çıxarıb. Qarşı yoldan hərəkət edən “QAZel” markalı maşın onun yanından keçənkən qoluna dəyib və biləyini qopardıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.