Koronavirus mutasiya keçirdi - Amerikalı alimlər kritik dəyişikliyi açıqladı

25 Sentyabr 2020 19:08 (UTC+04:00)

Koronavirus mutasiyaya uğrayıb və yoluxuculuğu artıb.

Publika.az xəbər verir ki, bunu amerikalı araşdırmaçılar iddia edib.

Hyusyton şəhərində iki ayrı dövrdə yayılan virusun 5 min nümunəsini müqayisə edən alimlər infeksiyanın bir müddət sonra daha yoluxucu olduğu qənaətinə gəlib. Bildirilib ki, virusun insan hüceyrəsinə yapışmaq üçün istifadə etdiyi “tikanları”nın sayı artıb.

Virusun öldürücülüyü istiqamətində isə dəyişiklik aşkarlanmayıb.

Araşdırma böyük bir şəhərdə yayılan koronavirusun 2 müxtəlif dalğa əsnasındakı quruluşunun analizi baxımından ilk olma xüsusiyyəti daşıyır.

Qeyd edək ki, Hyustonun 7 milyon əhalisi var.

Zümrüd