İsrail xaricə uçuşları DAYANDIRDI

25 Sentyabr 2020 22:00 (UTC+04:00)

İsrail hökuməti koronavirus səbəbindən xaricə uçuşlara məhdudiyyət tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin Nəqliyyat naziri Miri Reqev bildirib.

Onun sözlərinə görə, sentyabrın 25-i yerli vaxtla saat 14:00-a qədər bilet alan şəxslər ölkəni tərk edə biləcək. Sonra alınan biletlərdən istifadə etmək mümkün olmayacaq.

Nazir qeyd edib ki, İsrail vətəndaşları ölkəyə maneəsiz qayıda bilər.