Məşhur baş məşqçi aparıcı ilə sevgilidir - FOTO

26 Sentyabr 2020 14:28 (UTC+04:00)

“Beşiktaş”ın baş məşqçisi Sergen Yalçın aparıcı Aslı Turanlı ilə görüntülənib.

Publika.az xəbər verir ki, adları eşq dedi-qodularına qarışan cütlük İstanbulun məşhur Etiler rayonunda yemək yeyib.

2 saat davam edən yeməkdən sonra Turanlı taksi, Yalçın isə dostunun maşını ilə məkandan ayrılıb. Onların bu şəkildə məkandan çıxması birgə görüntülənmək istəməmələri ilə əlaqələndirilib.

Sergen Yalçının aparıcı ilə tanış ola bilmək üçün 3 ay cəhd etdiyi və cütlüyün 1 aya yaxındır sevgili olduğu iddia edilir.

Qeyd edək ki, A.Turanlı avqust ayında “Beşiktaş”- PAOK matçı əsnasında Tvitterdən “Məncə Sergen oyuna girsin” paylaşımını etmişdi.