PSJ yeni qapıçı transfer etdi

27 Sentyabr 2020 06:45 (UTC+04:00)

PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

Publika.az xəbər verir ki, Paris təmsilçisi “Orlean”ın qapıçısı Aleksandr Letelyeni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan 29 yaşlı fransız futbolçu ilə bir illik müqavilə imzalanıb.

Letelye PSJ-nin öz yetirməsidir. O, 2000-2010-cu illər aralığında bu klubun sıralarında olub. Lakin doğma klubunun əsas komandasında debüt şansı qazanmayan futbolçu 2010-cu ildə “Anje”yə üz tutub.

Hansı ki, bu ilin yanvarına qədər Letelye məhz sözügedən kluba məxsus olub. Amma bu müddətdə o, “Yanq Boyz”, “Trua” və “Sarpsborq” kimi klublara icarəyə də verilib. Bu ilin yanvarında isə o, “Orlean”a transfer olunmuşdu.