Bakıda tükürpədici hadisə - Qadının 5 barmağı amputasiya edildi

26 Sentyabr 2020 20:13 (UTC+04:00)

Bakıda iş yerində bədbəxt hadisə baş verib.

Hadisə Nərimanov rayonunda yerləşən plasmas sexində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Mayılova Natavan Yunis qızı elektrik dəzgahinda işləyərkən ehtiyatsızlıqdan sol əli dəzgahın arasında qalıb. Hadisə yerində ağır yaralanan 45 yaşlı qadın təcili yardımın köməyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. N.Mayılova cərrahi əməliyyat olunub, həkimlərin səyinə baxmayaraq, onun sol əlinin 5 barmağı amputasiya olunub.

Hadisənin təfərrüatı Nərimanov rayon Prokurorluğunda araşdırılır.(Report)