Sumqayıtda yanğın - 1 nəfər xəstəxanalıq oldu

27 Sentyabr 2020 08:31 (UTC+04:00)

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 45 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.