Bütün cəbhə boyu şiddətli döyüşlər gedir, ordumuz vacib yüksəkliklər uğrunda döyüşür - Müdafiə Nazirliyi

27 Sentyabr 2020 12:21 (UTC+04:00)

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.

Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.