Milli Məclisin növbədənkənar iclası başladı

27 Sentyabr 2020 16:11 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçirilir.

İclasa rəhbərliyi Milli Məclisin Sədri Sahibə Qafarova edir.

İclasda bu gün cəbhə xəttində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində baş verən hadisələr müzakirə olunur.

xxx

15:15

Bu gün Milli Məclisin iclası plenar iclası keçiriləcək.

İclas saat 16.00-da başlayacaq.