Ronaldu Avropanın top-5 liqasında tarixi rekorda imza atdı

28 Sentyabr 2020 08:34 (UTC+04:00)

"Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu karyerasında növbəti rekorda imza atıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ronaldu Avropanın top-5 liqası tarixində 450 qol vurmuş ilk futbolçu olub.

Xatırladaq ki, portuqaliyalı hücumçu A Seriyasının ikinci turunda "Roma" ilə matçda (2:2) dubl edib.

Belə sayda qol vurmaq üçün Ronalduya 554 matç keçirmək lazım gəlib. O, "Yuventus"un heyətində 55 qol vurub. Portuqaliyalı futbolçu "Real"ın heyətində La Liqada 311 dəfə fərqlənib. Ronaldunun aktivində habelə "Mançester Yunayted"in heyətində İngiltərə Premyer Liqasında 84 qol var.

Portuqaliyalı futbolçunun bu göstərici üzrə əsas rəqibi "Barselona"nın hücumçusu Lionel Messidir. Argentinalı futbolçunun aktivində 486 matçda 445 qol var.