Türkiyəli sənətçilərdən Azərbaycana DƏSTƏK: “Hər şey qələbə üçün!” - FOTO

28 Sentyabr 2020 13:00 (UTC+04:00)

Türkiyəli rəsmilərlə yanaşı, məşhur sənət adamları da Azərbaycanın yanında olduğunu bildirib.

Publika.az xəbər verir ki, aparıcı Çağla Şıkel, müğənni Alişan, Sibel Can, Demet Akalın və başqaları Dağlıq Qarabağda gedən döyüşlərə biganə qalmayıb. İki qardaş ölkənin bayraqlarını paylaşaraq əsgərlərimizə uğurlar arzulayıblar.

Müğənni Alişan: “Hər şey Vətən, Qarabağ, cəbhə, qələbə üçün”.

Aparıcı Seren Serengil: “Dostunuz dostumuz, düşməniniz düşmənimizdir. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Xarakterli dost belə olur. İki dövlət, tək millətik. Bizimlə kimsə dava etməsin, etməyə də cəhd etməsin”.

Aktyor Oktay Kaynarca: “Türkiyə daim Azərbaycanın yanındadır”.

Aktrisa Tuvana Türkay: “Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

Müğənni Ebru Yaşar: “Biz bir millət, iki dövlətik. Azərbaycana edilən hücumları qınayıram. Qardaşlarımızın yanındayıq”.