Azərbaycana daha bir ölkədən DƏSTƏK

28 Sentyabr 2020 14:37 (UTC+04:00)

“Azərbaycan əsla yalnız deyil, Ermənistanı hücuma təşviq edənlər xəyallarına çata bilməyəcəklər”.

Publika.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ersin Tatar qeyd edib.

KKTC Başbakanı Ersin Tatar

Tatar paylaşımında bu ifadələrə yer verib: “Ermənistanın qardaş Azərbaycana qarşı hücumlarını şiddətlə qınayır, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bəllidir ki, kimlərsə bölgə ilə bağlı əməllərini gerçəkləşdirmə xəyalı ilə Ermənistanı fiqur kimi istifadə edir. Amma bilinməlidir ki, Azərbaycan əsla yalnız deyil”.

Zümrüd