Hulusi Akar: "Dialoq deyənlər 30 ildir haradaydılar?" - FOTO

29 Sentyabr 2020 02:12 (UTC+04:00)

"Sülh yolu ilə həll deyənlər, indi dialoqu xatırlayanlar, Xocalıda uşaq, qadın, yaşlı demədən məsum insanlar qətlə yetirildiyi zaman 30 ildir haradaydınız".

Publika.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

Nazir həmçinin Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz torpaqlarının 30 ildir işğal altında olduğunu xatırladıb.