Ermənilərin artilleriya batareyası MƏHV EDİLDİ

29 Sentyabr 2020 08:13 (UTC+04:00)

Cəbhə boyu gərgin döyüşlər davam edir.

Müdafiə Nazirliyindən Publika.az-a istinadən xəbər verir ki, gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.