Ermənistan ordusunun alayı darmadağın edildi - SON DƏQİQƏ/VİDEO

29 Sentyabr 2020 10:56 (UTC+04:00)

Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib.

Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Publika.az-a bildirib ki, nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb.

"Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib".