Ermənistan ordusunun polkovniki məhv edildi - RƏSMİ

29 Sentyabr 2020 11:10 (UTC+04:00)

Ermənistan ordusunun polkovniki məhv edilib.

Bunu Publika.az-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

“Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib”, o bildirib.