Tərtərdə ağır qəza - QADIN ÖLDÜ

30 Sentyabr 2020 12:28 (UTC+04:00)

Sentyabrın 29-da saat 13 radələrində Tərtər rayonu ərazisində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, rayon ərazisində müəyyən edilməmiş avtomobillə rayon sakini İ.İsmayıllının idarə etdiyi “Volkswagen” markalı avtomobil toqquşub.

Sürücü İ.İsmayıllı, sərnişinləri qardaşı Nahid və anası Güllü İsmayılova xəstəxanaya yerləşdirilib, anası aldığı xəsarətlərdən orada ölüb.

Tərtər RPŞ tərəfindən araşdırmalar aparılır.