Ermənistan MN Qarabağın şimalında itkilərinin artdığını etiraf edir

30 Sentyabr 2020 15:41 (UTC+04:00)

"Səhər saatlarında Azərbaycan qüvvələri şimal istiqamətində genişmiqyaslı hücum əməliyyatlarına keçib".

Bunu brifinq zamanı Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan deyib.

“Xüsusən, aviasiya, artilleriya və raket zərbələri endiriblər. Hazırda bu istiqamətdə döyüşlər davam edir. Aydın şəkildə təsdiq etməliyik ki, çoxsaylı vasitələr, eləcə də PUA-lar, böyük sayda artilleriya tətbiq olunur. Silahlı qüvvələrimiz müqavimət göstərir, təbii olaraq itkilərimiz var, onlar barəsində əlavə məlumat verəcəyik", - deyə Hovhannisyan qeyd edib. (ordu.az)