Daha 9 şagirddə koronavirus aşkarlandı

1 Oktyabr 2020 16:59 (UTC+04:00)

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Publika.az-a bildirilib ki, 25 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 9 şagird və 8 işçidə koronavirus aşkarlanıb.

İndiyə qədər ölkə üzrə bir məktəb, 19 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.