Gecə uğurlu döyüş əməliyyatı aparıldı - MN

2 Oktyabr 2020 14:48 (UTC+04:00)

Azərbaycan Ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam edir. Gecə ərzində uğurlu döyüş əməliyyatları davam edib.

Publika.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Müdafiə Nazirliyinin sözçüsü polkovnik-leytenant Anar Eyvazov deyib.

Anar Eyvazov bildirib ki, erməni könülləri açıq döyüşə girməkdən imtina edib:

“Bunun əvəzində ermənilər qadın batalyonları yaradaraq onları komplektləşdirirlər”.