Çavuşoğludan İrəvana ULTİMATUM: Bakı tələb edən kimi...

2 Oktyabr 2020 17:10 (UTC+04:00)

“Azərbaycanın hələ ki, konkret tələbi olmayıb. Amma olarsa, kim nə deyirsə-desin, biz dəstək verməkdən çəkinməyəcəyik. Ermənistan başqasının torpaqlarını işğal edib”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuçoğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışında deyib.

İtaliyanın paytaxtı Romada italiyalı həmkarı Luici Di Maio ilə birgə mətbuat konfransında iştirak edən Çavuşoğlu bu problemin hər zaman BMT Təhlükəsizlik Şurasının nizamnaməsi çərçivəsində həllini tapması tərəfdarı olduğunu söyləyib.

“Azərbaycanın öz torpaqlarını azad edəcək qüvvəsi var. Azərbaycanın atəşkəs elan edə bilməsi üçün Ermənistan geri çəkilməlidir. Bu günə qədər Azərbaycanın bizdən konkret tələbi olmadı. Amma olarsa, kim nə deyirsə-desin, biz dəstək verəcəyik. Ermənistan başqasının torpaqlarını işğal edib. Burada sülh və sabitlik ən çox Ermənistanın faydasına olacaq. Sülh və rahatlıqmı, yoxsa müharibəmi üstündür? Ermənistan bu məsələdə qərar verməlidir”, - nazir qeyd edib.

Zümrüd