Onların əksəriyyəti fotoşopdur - Hikmət Hacıyev

3 Oktyabr 2020 17:12 (UTC+04:00)

"Ermənistan Müdafiə Nazirliyi tərəfindən kifayət qədər saxta məlumatlar paylaşılır. Onların əksəriyyəti fotoşopdur. Onlardan bir neçəsini artıq ifşa etmişik. "Su-25" ilə bağlı olan halı gördünüz. Guya İrəvan səmalarında dronlar uçurdu. O da fotoşop idi".

Publika.az xəbər verir ki, bu sözləri mediaya açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, sonradan həmin görüntülərin media və sosial şəbəkələrdən silinməsi ilə bağlı göstəriş verilib:"Ona görə də media nümayəndələrimizə müraciət edirik ki, məlumatlara həssaslıqla yanaşsınlar və yalanları ifşa etsinlər. Sözügedən fotoşopları asanlıqla aşkarlamaq mümkündür".