Libermandan düşmənə GÖZ DAĞI: "Azərbaycan İsrailin..."

6 Oktyabr 2020 23:13 (UTC+04:00)

"Azərbaycanı İsrailin etibarlı tərəfdaşıdır"

Publika.az xəbər verir ki, bunu İsrailin sabiq Müdafiə naziri, politoloq Aviqdor Liberman ITON TV-nin efirində Azərbaycan-İsrail münasibətlərindən danışarkən deyib:

“Son 25 ildə Azərbaycan həm beynəlxalq arenada, həm də ikitərəfli əlaqələrdə İsrailin etibarlı tərəfdaşı olduğunu göstərdi. Tarixi nöqteyi-nəzərdən də Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında antisemitizmin tamamilə mövcud olmadığı, yəhudilərin özlərini tam hüquqlu hiss etdikləri respublikalardan biridir. Bəlkə də, yeganə respublikadır”.