Ad günün mübarək, Nigar, bizi bağışla!

18 Oktyabr 2020 09:43 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni hərbi birləşmələrinin 17 oktyabrda Gəncəyə hücumu nəticəsində həlak olan 15 yaşlı Nigar Əsgərovanı doğum günü münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, H.Hacıyev qeyd edib: “Ad günün mübarək, Nigar. Qaniçən Ermənistan qonşumuz olduğuna görə bizi bağışla. Dinc sakinlərin, uşaqların öldürülməsi Ermənistan silahlı qüvvələrinin standart təcrübəsidir. Nigar doğum günündən bir gün əvvəl Ermənistanın Gəncə şəhərinə raket hücumu nəticəsində öldürülüb”.