Türkiyə S-400-ləri hərəkətə keçirdi - Bu ölkə HƏYƏCAN İÇİNDƏ

19 Oktyabr 2020 15:52 (UTC+04:00)

Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin sınaqlarına başlayıb.

Publika.az xəbər verir ki, sistemlərin bir hissəsi Sinopda testdən keçib.

Uğurla tamamlanan sınaqların ilk mərhələsi Yunanıstanı dərin narahat edib. Yunan mətbuatı rəsmi Afinanın S-300 hava hücumundan müdafiə sistemi ilə 7 il fasilədən sonra ikinci sınaq atışını gerçəkləşdirməyə hazırlaşdığını yazıb.

Xəbərə görə, sınaqlar noyabr ayında başlayacaq. Bu tarixdə isə ABŞ və Rusiya xarici işlər nazirlərinin Yunanıstana ardıcıl səfərləri ilə üst-üstə düşür.

Zümrüd