Ermənilər AzTV-nin çəkiliş qrupunu atəşə tutdu, jurnalist yaralandı

19 Oktyabr 2020 16:50 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı xəsarət alıb.

Jurnalsit Anar Şuşalı çəkiliş zamanı ermənilərin atəşinə tuş gəlib. Hadisə nəticəsində Anar Şuşalı ayağından iki qəlpə yarası alıb. Jurnalist xəstəxanaya yerləşdirilib. (trend)