Evinin "Kupça"sı olmayanların NƏZƏRİNƏ: Bu ünvanda...

19 Oktyabr 2020 20:22 (UTC+04:00)

İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 21-də Bakının Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsi, 37-39 ünvanında, oktyabrın 23-də isə Xətai rayonunun, Mehmandarov küçəsi, 70-78 ünvanında keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbulu aparılıb. Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.