Gəncə sakini darmadağın olan evində piano çaldı - VİDEO

20 Oktyabr 2020 17:28 (UTC+04:00)

“Piano çalanda gələcəyin gözəl olacağına inanıram”.

Publika.az xəbər verir ki, bunu dəfələrlə Ermənistan hərbi birləşmələrinin hücumuna məruz qalan Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yaşayan Abbas Səmədov “Anadolu” agentliyinə açıqlamasında deyib.

Bildirib ki, Ermənistanın atdığı raketlər nəticəsində zərər görmüş infrastruktur arasında onun da evi var.

Qeyd edək ki, Ermənistanın 17 oktyabrda Gəncəyə son hücumunda 13 nəfər həlak olubş, 50 nəfər yaralanıb.

Zümrüd