Rəsmi şəxslər Gəncəyə getdi - FOTO

21 Oktyabr 2020 13:15 (UTC+04:00)

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini və partiyanın İcra katibi Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və başqa rəsmi şəxslər Ermənistan ordusunun raket hücumlarına məruz qalan Gəncəyə gedib.

Publika.az-ın yerli bürosu xəbər verir ki, rəsmilər raket zərbələrinin səbəb olduğu dağıntıların olduğu əraziyə baxış keçirərək, gül dəstələri qoyublar.

Onlara hadisə haqqında ətraflı məlumat verilib.